Məxfilik Siyasəti · İstifadə Şərtləri · Hesabın silinməsi
Son yenilənmə: 7 iyul 2026
İstifadə Şərtləri
1. Ümumi müddəalar və şərtlərin qəbulu
Bu İstifadə Şərtləri («Şərtlər») «TopDostum» mobil tətbiqinin («Tətbiq») operatoru (bundan sonra — «Operator») ilə Tətbiqdən istifadə edən şəxs («İstifadəçi») arasında bağlanan razılaşmadır.
Tətbiqdə qeydiyyatdan keçməklə və ya ondan istifadə etməklə İstifadəçi bu Şərtləri tam oxuduğunu, başa düşdüyünü və qəbul etdiyini təsdiqləyir. Şərtlərlə razı olmayan şəxs Tətbiqdən istifadə etməməlidir.
Operator Şərtlərə istənilən vaxt dəyişiklik edə bilər. Əhəmiyyətli dəyişikliklər barədə Tətbiq daxilində məlumat verilir. Dəyişiklikdən sonra Tətbiqdən istifadənin davam etdirilməsi yenilənmiş Şərtlərin qəbulu sayılır.
2. Yaş həddi
Tətbiqdən yalnız 18 yaşına çatmış şəxslər istifadə edə bilər.
Qeydiyyatdan keçməklə İstifadəçi 18 yaşının tamam olduğunu təsdiqləyir. Yaş barədə yanlış məlumat verilməsinə görə bütün məsuliyyət İstifadəçinin (və müvafiq hallarda onun qanuni nümayəndələrinin) üzərinə düşür. Operator 18 yaşına çatmamış şəxsin hesabını aşkar etdikdə xəbərdarlıq etmədən silmək hüququna malikdir.
3. Xidmətin təsviri: Tətbiq yalnız vasitəçidir
TopDostum futbol oyunları təşkil etmək istəyən insanları bir araya gətirən planlama və ünsiyyət platformasıdır. Tətbiq vasitəsilə İstifadəçilər oyun otaqları yarada, oyunlara qoşula, meydança seçə, komanda düzə və bir-biri ilə ünsiyyət qura bilərlər.
Operator oyunların təşkilatçısı, iştirakçısı və ya sponsoru DEYİL. Tətbiq yalnız texniki vasitəçilik xidməti göstərir. Real həyatda baş tutan görüşlər, oyunlar və onlarla bağlı bütün hadisələr İstifadəçilərin öz təşəbbüsü, öz təşkilatçılığı və öz məsuliyyəti ilə həyata keçirilir.
4. Hesab və qeydiyyat
İstifadəçi qeydiyyat zamanı düzgün və aktual məlumat verməyi öhdəsinə götürür. Başqa şəxsin adından və ya saxta məlumatlarla hesab yaratmaq qadağandır.
Hesabın giriş məlumatlarının (şifrə) qorunması İstifadəçinin öz məsuliyyətidir. Hesab üzərindən edilən bütün hərəkətlər hesab sahibinin hərəkəti sayılır. Hesabın icazəsiz istifadəsindən şübhələnən İstifadəçi dərhal şifrəsini dəyişməli və Operatorla əlaqə saxlamalıdır.
5. Fiziki fəaliyyət və zədə riski
Futbol fiziki təmas ehtiva edən idman növüdür və zədə riski daşıyır.
İstifadəçi oyunlara TAMAMILƏ ÖZ İRADƏSİ VƏ ÖZ RİSKİ İLƏ qatılır. İstifadəçi öz sağlamlıq vəziyyətinin fiziki fəaliyyətə uyğun olduğunu özü qiymətləndirir və zərurət olduqda həkimlə məsləhətləşir.
Oyun zamanı və ya oyunla əlaqədar baş verən zədə, sağlamlıq pozuntusu, əmlak zərəri və hər hansı digər itki üçün Operator heç bir məsuliyyət daşımır. Bu, o cümlədən digər iştirakçıların hərəkətlərindən, meydançanın vəziyyətindən və ya hava şəraitindən yaranan zərərlərə də şamil olunur.
6. İstifadəçilər arası münasibətlər və real görüşlər
Tətbiq İstifadəçiləri YOXLAMIR: şəxsiyyət, keçmiş, məhkumluq və digər məlumatların yoxlanışı aparılmır. Profil məlumatları İstifadəçilərin öz bəyanatlarıdır və Operator onların doğruluğuna zəmanət vermir.
Tanımadığı şəxslərlə real həyatda görüşən İstifadəçi bunun risklərini dərk edir və qəbul edir. Ehtiyat tədbirləri görmək (ictimai yerdə görüşmək, yaxınlarına məlumat vermək və s.) İstifadəçinin öz öhdəsindədir.
İstifadəçilər arasında yaranan istənilən mübahisə, münaqişə, zərər və ya hüquq pozuntusu müstəsna olaraq həmin İstifadəçilər arasındakı məsələdir. Operator bu münasibətlərin tərəfi deyil və onlardan yaranan iddialara görə məsuliyyət daşımır. Hüquq pozuntusu baş verdikdə İstifadəçi hüquq-mühafizə orqanlarına müraciət etməlidir.
7. Məkan məlumatı (GPS) və xəritə pinləri
Tətbiqin bəzi funksiyaları (yaxınlıqdakı oyunları görmək, meydança pinləmək) məkan məlumatından istifadə edir. Məkan məlumatının paylaşılması KÖNÜLLÜDÜR və yalnız İstifadəçinin cihaz səviyyəsində verdiyi icazə ilə aktivləşir.
Oyun otağı yaradan, oyuna qoşulan və ya meydança pinləyən İstifadəçi bununla bağlı məkan məlumatının (meydançanın yeri, oyunun keçiriləcəyi ünvan) digər İstifadəçilərə görünəcəyini qəbul edir. Bu paylaşımın nəticələrinə görə məsuliyyət paylaşan İstifadəçinin özünə aiddir.
Başqasına məxsus ərazini (həyət, qapalı ərazi, özəl mülk) mülkiyyətçinin icazəsi olmadan meydança kimi pinləmək və orada oyun təşkil etmək qadağandır. Bununla bağlı yaranan bütün iddialara görə məsuliyyəti pini yerləşdirən və/və ya oyunu təşkil edən İstifadəçi daşıyır.
GPS məlumatı texniki səbəblərdən qeyri-dəqiq ola bilər; Operator məkan məlumatının dəqiqliyinə zəmanət vermir.
8. Meydançalar və sponsorlu kontent
Tətbiqdə göstərilən meydançalar Operatora məxsus deyil və Operator tərəfindən idarə olunmur. Meydançanın vəziyyəti, təhlükəsizliyi, qiyməti, rezervasiyası və ödənişi — İstifadəçi ilə meydança sahibi/operatoru arasındakı münasibətdir; Operator bu münasibətlərin tərəfi deyil.
Tətbiqdə «sponsorlu» kimi işarələnən meydançalar reklam xarakterlidir. Sponsorluq meydançanın keyfiyyətinə, təhlükəsizliyinə və ya xidmət səviyyəsinə Operator tərəfindən verilən zəmanət demək deyil.
Gələcəkdə meydança tərəfdaşları, sponsorlar və əməkdaşlıq edilən markalarla məlumat paylaşımı Məxfilik Siyasətinə uyğun aparılır: şəxsi məlumatlar yalnız İstifadəçinin açıq razılığı ilə, sponsorlarla isə yalnız anonimləşdirilmiş, şəxsi müəyyən etməyən formada.
9. Davranış qaydaları
Tətbiqdən istifadə zamanı qadağandır:
• təhqir, söyüş, hədə-qorxu, nifrət nitqi və qarşı tərəfi alçaldan davranış;
• başqa şəxsin adından çıxış etmək, saxta profil yaratmaq;
• spam, reklam, dələduzluq və aldadıcı məlumat yaymaq;
• digər İstifadəçilərin şəxsi məlumatlarını onların razılığı olmadan toplamaq və ya yaymaq;
• Tətbiqin işinə texniki müdaxilə (bot, skript, zəifliklərdən istifadə);
• Tətbiqdən qanunazidd məqsədlər üçün istifadə.
Bu qaydaları pozan İstifadəçinin kontenti silinə, hesabı müvəqqəti və ya birdəfəlik bloklana bilər.
10. İstifadəçi kontenti və moderasiya
İstifadəçinin yerləşdirdiyi kontentə (otaq adları, mesajlar, rəylər, profil məlumatları və s.) görə məsuliyyəti İstifadəçi özü daşıyır.
İstifadəçi kontenti yerləşdirməklə Operatora həmin kontenti Tətbiqin işləməsi üçün zəruri həcmdə saxlamaq, emal etmək və digər İstifadəçilərə göstərmək üçün ödənişsiz icazə (lisenziya) verir.
Operator istənilən kontenti əvvəlcədən xəbərdarlıq etmədən silmək və Şərtləri pozan hesabları məhdudlaşdırmaq hüququnu özündə saxlayır. Operator bütün kontenti izləmək öhdəliyi daşımır.
11. Reytinqlər və rəylər
Tətbiqdəki oyunçu reytinqləri və meydança rəyləri İstifadəçilərin subyektiv fikirləridir. Operator bu qiymətləndirmələrin obyektivliyinə və doğruluğuna görə məsuliyyət daşımır.
Reytinq sistemindən sui-istifadə (razılaşdırılmış qiymətləndirmə, qərəzli aşağılama və s.) davranış qaydalarının pozulması sayılır.
12. Üçüncü tərəf xidmətləri
Tətbiq üçüncü tərəf xidmətlərindən istifadə edir (Google və Apple hesabı ilə giriş, xəritə xidməti, verilənlər bazası və bildiriş infrastrukturu). Bu xidmətlər öz istifadə şərtləri ilə tənzimlənir.
Üçüncü tərəf xidmətlərinin nasazlığı, dayanması və ya dəyişməsi nəticəsində yaranan fasilələrə görə Operator məsuliyyət daşımır.
13. Əqli mülkiyyət
«TopDostum» adı, loqosu, dizaynı, proqram kodu və Tətbiqin digər elementləri Operatora məxsusdur və ya qanuni əsaslarla istifadə olunur. İstifadəçiyə Tətbiqdən yalnız şəxsi, qeyri-kommersiya məqsədilə istifadə hüququ verilir. Tətbiqin kopyalanması, dəyişdirilməsi, satılması və ya tərs mühəndisliyi (reverse engineering) qadağandır.
14. Zəmanətlərdən imtina («olduğu kimi»)
Tətbiq «OLDUĞU KİMİ» (as is) və «MÖVCUD OLDUĞU QƏDƏR» (as available) təqdim olunur. Operator Tətbiqin fasiləsiz, xətasız və təhlükəsiz işləyəcəyinə, məlumatların (o cümlədən GPS məkanının, statistikanın, digər İstifadəçilərin verdiyi məlumatların) dəqiq olacağına dair heç bir açıq və ya dolayı zəmanət vermir.
Operator istənilən vaxt Tətbiqin funksiyalarını dəyişmək, dayandırmaq və ya xidməti tam bağlamaq hüququna malikdir.
15. Məsuliyyətin məhdudlaşdırılması
Qanunvericiliyin icazə verdiyi maksimum həddə:
• Operator dolayı zərərlərə (itirilmiş gəlir, itirilmiş imkan, mənəvi zərər, məlumat itkisi və s.) görə məsuliyyət daşımır;
• Operator İstifadəçilərin bir-birinə vurduğu zərərə, real görüşlərdə baş verən hadisələrə, zədələrə və əmlak itkilərinə görə məsuliyyət daşımır;
• Operatorun bu Şərtlərlə bağlı ümumi məsuliyyəti hər bir halda qanunla yol verilən minimum hədlə məhdudlaşır.
Bu bənd qanunun məcburi normaları ilə istisna edilə bilməyən məsuliyyətə (o cümlədən qəsdən vurulan zərərə) şamil olunmur.
16. Zərərsizləşdirmə
İstifadəçinin bu Şərtləri pozması, qanunazidd hərəkəti və ya digər şəxslərə vurduğu zərər səbəbindən Operatora qarşı üçüncü şəxslər tərəfindən irəli sürülən iddia, tələb və xərclərə (o cümlədən ağlabatan hüquqi xidmət xərclərinə) görə məsuliyyəti həmin İstifadəçi daşıyır və Operatoru bu cür tələblərdən zərərsizləşdirməyi öhdəsinə götürür.
17. Hesabın dayandırılması və xitam
İstifadəçi istənilən vaxt Tətbiqdən istifadəni dayandıra və hesabının silinməsini tələb edə bilər (əlaqə: aşağıdakı email).
Operator bu Şərtlərin pozulması, qanunazidd fəaliyyət şübhəsi və ya digər İstifadəçilərin təhlükəsizliyinə risk olduqda hesabı əvvəlcədən xəbərdarlıq etmədən dayandırmaq və ya silmək hüququna malikdir.
Hesaba xitam verildikdə İstifadəçinin Tətbiqdən istifadə hüququ dayanır; xarakterinə görə qüvvədə qalmalı olan bəndlər (məsuliyyət, zərərsizləşdirmə, tətbiq olunan hüquq) xitamdan sonra da qüvvədə qalır.
18. Tətbiq olunan hüquq və mübahisələr
Bu Şərtlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Şərtlərdən yaranan mübahisələr ilk növbədə danışıqlar yolu ilə, razılıq əldə olunmadıqda isə Azərbaycan Respublikasının səlahiyyətli məhkəmələrində həll olunur.
19. Yekun müddəalar və əlaqə
Bu Şərtlərin hər hansı bəndi etibarsız sayılarsa, qalan bəndlər qüvvədə qalır.
Şərtlərlə bağlı suallar üçün əlaqə: aliyevnihad1@gmail.com
Qüvvəyə minmə tarixi: 7 iyul 2026.
Məxfilik Siyasəti
1. Ümumi məlumat
Bu Məxfilik Siyasəti «TopDostum» mobil tətbiqinin («Tətbiq») operatorunun («Operator») İstifadəçi məlumatlarını necə topladığını, istifadə etdiyini və qoruduğunu izah edir. Tətbiqdən istifadə etməklə İstifadəçi bu Siyasətlə razılaşır.
2. Topladığımız məlumatlar
• Profil məlumatları: ad soyad, nickname, email, telefon nömrəsi, şəhər, avatar.
• Oyun fəaliyyəti: yaradılan/qoşulan otaqlar, oyun nəticələri, statistika, nailiyyətlər, reytinqlər və rəylər.
• Ünsiyyət: otaq söhbətlərində və şəxsi mesajlarda yazdıqlarınız.
• Məkan məlumatı: yalnız cihazda icazə verdiyiniz halda — yaxınlıqdakı oyunları göstərmək və meydança pinləmək üçün.
• Texniki məlumatlar: cihaz növü, push bildiriş tokeni, giriş vaxtları.
3. Məlumatlardan istifadə məqsədləri
Məlumatlar yalnız aşağıdakı məqsədlərlə istifadə olunur:
• Tətbiqin əsas funksiyalarını təmin etmək (oyun təşkili, dostluq, söhbət, reytinq);
• yaxınlıqdakı oyun və meydançaları göstərmək;
• bildirişlər göndərmək (dəvətlər, dostluq istəkləri, oyun hadisələri);
• təhlükəsizliyi təmin etmək və qayda pozuntularının qarşısını almaq;
• xidməti təkmilləşdirmək.
Şəxsi məlumatlarınızı reklam məqsədilə üçüncü tərəflərə SATMIRIQ.
4. Digər istifadəçilərə nə görünür
Tətbiq sosial platformadır — bəzi məlumatlar digər İstifadəçilərə görünür:
• nickname, ad, avatar, şəhər, qoşulma tarixi;
• oyun statistikası, nailiyyətlər və reytinq;
• online/offline status;
• qoşulduğunuz oyun otaqları və (otaq iştirakçılarına) oradakı mesajlarınız;
• oyun yaratdıqda və ya meydança pinlədikdə — həmin yerin məkanı.
Email və telefon nömrəniz digər İstifadəçilərə göstərilmir.
5. Saxlanma və təhlükəsizlik
Məlumatlar Supabase platformasının qorunan serverlərində saxlanılır. Ötürülmə şifrələnmiş kanalla (HTTPS/TLS) aparılır; verilənlər bazasında sətir səviyyəli giriş məhdudiyyətləri (RLS) tətbiq olunur.
Heç bir sistem mütləq təhlükəsiz deyil — Operator ağlabatan texniki tədbirlər görsə də, mütləq təhlükəsizliyə zəmanət verə bilməz.
6. Üçüncü tərəf xidmətləri
Tətbiq aşağıdakı xidmət təchizatçılarından istifadə edir; onlara yalnız xidmətin işləməsi üçün zəruri olan məlumat ötürülür:
• Supabase — verilənlər bazası və autentifikasiya;
• Google / Apple — onların hesabı ilə giriş seçildikdə;
• Mapbox — xəritə xidməti;
• Expo — push bildirişlərin çatdırılması;
• DiceBear — avatar generasiyası.
Qanuni tələb olduqda (məhkəmə qərarı, hüquq-mühafizə orqanlarının rəsmi sorğusu) məlumatlar səlahiyyətli orqanlara verilə bilər.
7. Üçüncü tərəflərlə paylaşım (gələcək)
Xidmətin genişlənməsi ilə əlaqədar gələcəkdə məlumatlar aşağıdakı hallarda üçüncü tərəflərlə paylaşıla bilər:
• Meydança tərəfdaşları: rezervasiya və ödəniş üçün yalnız zəruri minimum məlumat (oyunun vaxtı, iştirakçı sayı və s.) — yalnız həmin xidmətin göstərilməsi məqsədilə.
• Sponsorlar və əməkdaşlıq etdiyimiz markalar: yalnız anonimləşdirilmiş və ümumiləşdirilmiş statistika (məsələn, bölgə üzrə oyun sayı) — konkret şəxsin kimliyini müəyyən etmək mümkün olmayan formada.
• Şəxsi məlumatlarınızın (ad, əlaqə məlumatları) marketinq məqsədilə paylaşılması yalnız sizin açıq razılığınızla (opt-in) mümkündür.
Bu cür paylaşım başlamazdan əvvəl bu Məxfilik Siyasəti yenilənəcək və zərurət olduqda razılığınız soruşulacaq.
8. Sizin hüquqlarınız
• Düzəliş: profil məlumatlarınızı Tətbiq daxilində redaktə edə bilərsiniz.
• Silmə: hesabınızın və məlumatlarınızın silinməsini email vasitəsilə tələb edə bilərsiniz — sorğu ağlabatan müddətdə icra olunur.
• Məkan icazəsi: cihaz parametrlərindən istənilən vaxt geri götürülə bilər.
• Bildirişlər: cihaz parametrlərindən söndürülə bilər.
Sorğular üçün: aliyevnihad1@gmail.com
9. Yaş məhdudiyyəti
Tətbiq 18 yaşdan aşağı şəxslər üçün nəzərdə tutulmayıb və onlardan bilərəkdən məlumat toplanmır. 18 yaşdan aşağı şəxsə məxsus hesab aşkar edildikdə həmin hesab və ona aid məlumatlar silinir.
10. Dəyişikliklər
Bu Siyasətə dəyişikliklər edilə bilər; əhəmiyyətli dəyişikliklər barədə Tətbiq daxilində məlumat verilir. Son yenilənmə tarixi sənədin əvvəlində göstərilir.
Qüvvəyə minmə tarixi: 7 iyul 2026.
Hesabın silinməsi
Hesabınızı və bütün şəxsi məlumatlarınızı istənilən vaxt silə bilərsiniz.
Tətbiq vasitəsilə (ən sürətli): Profil səhifəsi → «Hesabı sil» → nickname-inizi (və şifrənizi) daxil edib təsdiqləyin. Hesab dərhal və həmişəlik silinir.
Tətbiq olmadan (tətbiqi silmisinizsə): Aşağıdakı email ünvanına «Hesabımı silin» mövzusu ilə yazın və qeydiyyatda istifadə etdiyiniz nickname və ya email-i qeyd edin:
📧 aliyevnihad1@gmail.com
Sorğunuz maksimum 30 gün ərzində icra olunacaq.
Silindikdə nə olur
• Profiliniz, oyunlarınız, mesajlarınız, dostluqlarınız, reytinq və statistikanız həmişəlik silinir.
• Bitmiş oyunların ümumi tarixçəsində adınız statistik qeyd kimi qala bilər (əlaqə məlumatlarınız olmadan).
Silinmə geri qaytarıla bilməz.